Azərbaycanı 100 ən yaxşı universitet sırasında Bakı Dövlət Universiteti təmsil edir
Postsovet ölkələrində fəaliyyət göstərən 400-dən artıq ali məktəbin ilk reytinq cədvəli tərtib olunub.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 15 ölkədən 405 universitetin iştirak etdiyi tədqiqatda universitetlərin təhsil, elmi tədqiqat və beynəlxalq fəaliyyəti qiymətləndirilib. Reytinqdə MDB, Baltikyanı ölkələr və Gürcüstanın ali məktəbləri iştirak ediblər.
Siyahıya Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti başçılıq edir. MDU mümkün olan 100 balı tam toplayıb. MDB məkanının 10 ən yaxşı universitetləri arasında Belarus Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Taras Şevçenko adına Ukrayna Milli Universiteti, Vilnüs Universiteti, Novosibirsk Dövlət Milli Tədqiqatlar Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, N.E. Bauman adına Dövlət Texniki Universiteti, Tartu Universiteti (Estoniya), Tomsk Dövlət Universiteti yer alıblar. Azərbaycanı isə 100 ən yaxşı universitet sırasında (61-ci yer) Bakı Dövlət Universiteti təmsil edir.