Abşeron rayonunun Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə
mayın 9-da saat 22 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində İmişli rayon sakini Malik Məhəmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ülvi Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.