Masallıda ferma yandı
26 oktyabr 2014 07:44 (UTC +04:00)

Masallıda ferma yandı

0

Masallıda yanğın hadisəsi baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonunun Kürdəbazlı kəndində (rayon mərkəzindən 9 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə və damına yığılmış ümumi çəkisi 10 ton olan ot bağlamısının 4 tonu yanıb.

 

Fermanın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 872

Oxşar yazılar