Masallıda ev yanıb
26 oktyabr 2014 12:27 (UTC +04:00)

Masallıda ev yanıb

Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən lent.az-a verilən məlumata görə, hadisə oktyabrın 26-da saat 05.30 radələrində rayonun Qızılağac kəndində, 1984-cü il təvəllüdlü Eldar Zakir oğlu Novruzova məxsus yaşayış evində qeydə alınıb.

 

Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Onların səyləri ilə yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 64 kv.m olan birmərtəbəli, iki otaqlı ev içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq kül olub.

 

İlkin versiya kimi yanğının elektrik naqillərinin qısaqapanması səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Ağəddin Babayev 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391
avatar

Oxşar yazılar