Martın 13-ü Xəzərdə tapılan naməlum kişi meyitinin kimliyi məlum olub.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Lent.az-a bildirilib ki, meyitin ilkin müayinəsi zamanı onun dekabrın 15-i "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərdən birinə aid olduğu bəlli olub.
Meyit Salyan rayonunun Xıdırlı kənd sakini Abbasov Ramiz Qulu oğluna məxsusdur. Qardaşı onu qolundakı döyməsindən tanıyıb. Genetik ekspertizadan sonra meyit ailəsinə təhvil veriləcək.