Əməkdar artist Manana avtomobil qəzasına düşüb.
Axşam.az-ın məlumatına görə, ifaçı "Gündəlik" verilişinə gələndə avtomobilini vurublar. Aparıcı Mətanət Əliverdiyeva bu səbəbdən onun verilişə gecikdiyini bildirib. Manana özü isə bu haqda danışmaq istəməyib:
"O hadisəni görənlər mənim efirdə oxuduğumu görsələr təəccüblənəcəklər. Şükür Allaha ki, sağam, salamatam".