Mahmud Məmmədquliyev xarici işlər nazirlərinin toplantısında iştirak edəcək
06 may 2019 10:46 (UTC +04:00)

Mahmud Məmmədquliyev xarici işlər nazirlərinin toplantısında iştirak edəcək

0
"Vişeqrad qrupu"nun və Avropa İttifaqı "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirak edəcək. Bu barədə ONA-ya XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.
 
Qeyd edək ki, bu gün 6-da Slovakiyanın paytaxtı Bratislavada "Vişeqrad qrupu"nun və Avropa İttifaqı "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı olacaq. İclasda Avropa Genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han da iştirak edəcək.
 
Bratislava keçiriləcək görüşdə "Şərq tərəfdaşlığı"nın gələcəyi, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, əlaqələr, infrastruktur və enerji məsələləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 977

Oxşar yazılar