[b]Qadın “Gənclik Mall”dan bahalı geyim oğurladı[/b]
10 may 2018 11:24 (UTC +04:00)

[b]Qadın “Gənclik Mall”dan bahalı geyim oğurladı[/b]

Mağazadan geyim oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə “Gənclik Mall” ticarət mərkəzindəki mağazaların birindən 536 manat dəyərində geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini bir Sevda Əliyeva ( ad şərtidi) olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207
avatar

Oxşar yazılar