Liftdə köməksiz qalan 9 nəfər xilas edildi
03 iyul 2017 01:06 (UTC +04:00)

Liftdə köməksiz qalan 9 nəfər xilas edildi

Abşeron rayonunda liftdə qalmış 9 nəfər xilas edilib

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonunda 9 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradiblar. Əməliyyat saat 23:57-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 99
avatar

Oxşar yazılar