Leysan Samux və Şəmkirdə fəsadlar yaratdı
03 may 2015 13:38 (UTC +04:00)

Leysan Samux və Şəmkirdə fəsadlar yaratdı

0

Ötən gecə qərb bölgəsində yağan güclü leysan xarakterli yağış bəzi rayonlar üçün fəsadlar yaradıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, leysan əsasən Samux rayonun Kür ətrafı kəndlərinə, həmçinin rayonun Gürcüstanla sərhəddə olan aşağı Eldar adlanan ərazidə yerləşən Burunqovaq, Salahlı və digər kəndlərdə fərdi təsərrüfatlara ciddi ziyan vurub.

 

Rayon Fövqəladə Hallar Komissiyasının sədri, rayon icra hakimiyyəti başçısının müavini Tahir Qarayevin APA-ya verdiyi məlumata görə, güclü yağış nəticəsində Gürcüstan tərəfdən gələn sel kəndlərdəki əkin sahələrini basıb və yaşayış evlərinə ziyan vurub. T. Qarayev aidiyyatı qurumların leysan olan bölgədə çalışdığını və ziyanın aradan qaldırılması istiqamətində işlər aparıldığını bildirib.

 

Şəmkir rayonun bir neçə kəndində də leysan şəxsi təsərrüfatlara ziyan vurub.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar