Lənkəranda soyğunçu ələ keçdi - YENİLƏNİB
11 noyabr 2013 17:47 (UTC +04:00)

Lənkəranda soyğunçu ələ keçdi - YENİLƏNİB

Lənkəranda soyğunçuluq hadisəsi baş verib. Lənkəran  Şəhər Polis Şöbəsinin müstəntiqi (ŞPŞ) Mirqasım Kazımovun APA-nın cənub bürosuna verdiyi  məlumata görə, 37 yaşlı Liman şəhər sakini Məmməd Məmmədəli oğlu  Tağıyev mərkəzi şəhər bazarına alış-veriş etməyə gələn rayon sakini Nanəbəyim Əjdər qızı Əhədovanın əlindən 230 manat pulunu alaraq qaçıb. Lakin polis əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs elə bazar ərazisindəcə yaxalanaraq istintaq orqanlarına təhvil verilib. M.Tağıyevin üzərinə baxış zamanı onun qadından aldığı pul aşkar edilərək götürülüb.

 

İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirsə də, onun barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715
avatar

Oxşar yazılar