Kürdəmir rayonunda oğurluqla məşğul olan 2 nəfər tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Elşən Məmmədovun ətrafında Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 25-də rayonun elektrik şəbəkəsinə məxsus anbardan 145 kiloqram alüminium naqil oğurlaması da müəyyən edilib.
Bundan başqa Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-dən aprelin 20-dək olan müddətdə rayon ərazisindəki 1 evdən və 1 avtomobildən kondisioner və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Məmmədov tutulub.