
Kürdəmirdə ağır yol qəzası: bir nəfər hadisə yerində öldü
0
0
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunda qeydə alınıb.
"Mercedes" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Nəticədə İmişli rayon sakini, 1986-cı il təvəllüdlü Emil Altor oğlu Ağayev aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
0
0