Kürdəmir rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn “KamAZ” markalı maşınla toqquşub. Hadisə nəticəsində minik maşının sürücüsü dünyasını dəyişib. Hadisə yenicə baş verdiyi üçün hələ ki, tanınmaz hala düşən ölən şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.