Bakıda oğurluqla məşğul olan gənc saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, DİN Kriminalistik Təhqiqatlar İdarəsi, Bakı şəhər BPİ CAİ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il aprelin 19-da M.Müşfiq küçəsində İsgəndər Əzimovun evindən oğurluq edən şəxs müəyyən edilib. Pəncərənin şüşəsini çıxarmaq yolu ilə 7900 manat və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Namiq oğlu Vəliyev tutulub.
Araşdırmalar davam etdirilir.