Kredit borcu ilə əlaqədar daha bir iş adamı həbs edildi
01 iyul 2015 18:47 (UTC +04:00)

Kredit borcu ilə əlaqədar daha bir iş adamı həbs edildi

 

 Azərbaycan Beynəlxalq Bankından götürülən külli miqdarda vaxtı keçmiş kredit borcu ilə əlaqədar daha bir iş adamı həbs edilib.


 

APA-nın məlumatına görə, "General Construction" şirkətlər qrupuna daxil olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Onun barəsində məhkəmədə həbs-qətimkan tədbiri seçilib.

 

C. Həsənovun hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar