Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətləri artırılıb
18 oktyabr 2014 18:18 (UTC +04:00)

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətləri artırılıb

0
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətləri artırılıb.

 

APA-nın məlumatına görə, dövlət başçısının “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə imzaladığı fərmana əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin elektron məlumatlarından real vaxt rejimində istifadə etmək səlahiyyəti verilib.

 

Prezidentin digər fərmanı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daşınan əmlak reyestrlərinin elektron məlumatlarından da real vaxt rejimində istifadə etmək səlahiyyəti verilib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1994

Oxşar yazılar