Komitə: Külli miqdarda araq aşkar edilib
27 oktyabr 2014 14:40 (UTC +04:00)

Komitə: Külli miqdarda araq aşkar edilib

0

Gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir. Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu külli miqdarda spirtli içkilərin gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətandaşı Cabbarov Asif Həpiş oğlunun idarə etdiyi “MERCEDES BENZ C 200” markalı, “90-LJ-745” dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş Quliyev Xeybər Misir oğluna məxsus karton qutularda Rusiyanın aksiz markası ilə markalanmış külli miqdarda “KREMLİN Avard”, “BELUGA” və “Stolicnaya vodka” araqları aşkar edilərək götürülüb.

 

Faktla bağlı təhqiqat aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 637

Oxşar yazılar