Kəmaləddin Heydərov qırğızıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
15 yanvar 2014 17:31 (UTC +04:00)

Kəmaləddin Heydərov qırğızıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakıda səfərdə olan Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, görüşdə nazir K. Heydərov Azərbaycan və Qırğızıstan arasında dostluq əlaqələrinin sürətli inkişafından söhbət açaraq, hər iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi perspektivləri haqqında danışıb.

 

Nazir respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə də ətraflı məlumat verib.

 

Öz növbəsində, K. Boronov səmimi qəbula görə təşəkkürünü bildirərək, ölkələr arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdən sonra K. Boronov FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin, Mülki müdafiə qoşunları komandanlığının və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 973
avatar

Oxşar yazılar