Naməlum şəxslər Kabardin – Balkar Respublikasının Baksan rayonundakı Daxili İşlə Nazirliyi polis məntəqəsinə silahlı basqın edib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, respublikanın uyğun qurumu bu haqda xəbər yayıb: «Baksan rayonu Duqulbey və Kişpək kəndləri arasındakı polis məntəqəsinə basqın edilib».
Mənbə həmin bölgədə gedən atışmaya əlavə qüvvələrin yeridildiyini də vurğulayıb.