Jurnalistlər Qazaxın sərhəd kəndlərində oldular
24 oktyabr 2014 17:01 (UTC +04:00)

Jurnalistlər Qazaxın sərhəd kəndlərində oldular

0

Bu gün Təhsil və Müdafiə Nazirliklərinin birgə təşkilatçılığı ilə 30-dək jurnalist Qazaxın Ermənistanla sərhəddəki Aslanbəyli və Çaylı kəndlərində olub. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, jurnalistlər ilk olaraq Aslanbəyli kənd orta məktəbinə baş çəkib, məktəblə yaxından tanış olublar. İki il bundan əvvəl istifadəyə verilmiş məktəbin 10 nəfər məzunu Ali Hərbi Akademiyanı bitirib.

2013-2014-cü dərs ilində məktəbin məzunu olmuş 45 nəfərdən 9-u ali məktəblərə qəbul olub. 

Məktəbin direktoru Dilqəm Məmmədov məktəb kollektivinin, şagirdlərin əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd edib.

Jurnalistlər daha sonra 2 saylı Çaylı kənd orta məktəbində olub. Siniflərə baxış keçirilib. Eyni zamanda şagirdlərin hərbi bilik səviyyəsi yoxlanılıb. Görüş zamanı şagirdlər jurnalistlərin suallarını cavablandırıblar.

2013-2014-cü ildə 2 saylı Çaylı kənd orta məktəbində 527 şagird təhsil alıb. 11-ci sinfi bitirən 49 nəfərdən 17 nəfəri isə ali məktəblərə qəbul olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 646

Oxşar yazılar