“Qarabağ” qış fasiləsində ilk transferini gerçəkləşdirməyə hazırlaşır. Lent.az-ın məlumatına görə, bu barədə qol.az saytı xəbər verib. Belə ki, Ağdam təmsilçisi yaxın günlərdə Tiflis “Dinamo”sunun hücumçusu Jaba Dvali ilə müqavilə imzalayacaq.
Bununla da, o, hazırkı heyətdə Nikolas Gelaşvilidən sonra “Qarabağ”ın ikinci gürcüstanlı hücumçusu olacaq.
28 yaşlı hücumçu peşəkar futbolçu karyerasına başlayandan – 2004-cü ildən bəri Gürcüstanın “Sioni”, “Çikhura”, “Olimpi”, “Zestafoni” Moldovanın “Daçia” klublarında da oynayıb. Karyerasına Tiflis “Dinamo”sunda başlayan (2004-2007) Jaba Dvalinin son klubu da bu komanda olub. O, 2012-ci ildən meydana çıxdığı 42 qarşılaşmada 25 qol vurub.
2012-ci ildə Gürcüstan millisinə də dəvət alan Jaba ölkənin əsas komandasına bir oyunda meydana çıxıb.