Dekabrın 17-də korrupsiya və rüşvət iddiaları başlamış əməliyyat nəticəsində Türkiyənin çeşidli bölgələrindəki hüquq-mühafizə orqanlarında dəyişiklik və işdən azad edilmə halları davam edir.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, yanvarın 16-da biri polis rəisi olmaqla 136 asayiş keşikçisi işdən çıxarılıb.
Onlardan 80-i Maliyyə Cinayətləri şöbəsindən, 35-i terrorçuluğa qarşı mübarizə idarəsindən, 20-i isə Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə şöbəsindəndir.