İranda nazir müavinini güllələyən həbs edilib
13 noyabr 2013 16:37 (UTC +04:00)

İranda nazir müavinini güllələyən həbs edilib

İranın sənaye, mədənlər və ticarət nazirinin parlament məsələləri üzrə müavini Səfdər Rəhmətabadini qətlə yetirən şəxs bu gün həbs edilib.


 

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, qatil öz əməlini etiraf edib və qətli şəxsi zəmində törətdiyini bildirib. Ancaq həmin şəxsin adı açıqlanmayıb.

 

Qeyd edək ki, S. Rəhmətabadi noyabrın 10-da Tehranda öz avtomobilində güllələnib.

 

Onun baş və sinəsinə atəş açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452
avatar

Oxşar yazılar