<span style="color:red;">Prokurorluq:  “Respublika” qəzetinin əməkdaşı döyülüb öldürülməyib
18 yanvar 2016 10:39 (UTC +04:00)

Prokurorluq: “Respublika” qəzetinin əməkdaşı döyülüb öldürülməyib

 

 

Yasamal Rayon Prokurorluğu "Respublika" qəzetinin əməkdaşı Sabir Mustafayevin küçədə döyülərək öldürülməsi haqda iddialara aydınlıq gətirib.

 

Lent.az-ın "Report"a istinadən xəbərinə görə, Yasamal prokurorluğundan bildirilib ki, jurnalist S.Mustafayevin döyülərək öldürülməsi haqda iddialar əsassızdır və öz təsdiqini tapmayıb. 

 

Prokurorluğun məlumatına görə, jurnalistin küçədə huşunu itirərək yıxılması və nəticədə dünyasını dəyişməsi anı yaxınlıqda olan insanların gözü qarşısında baş verib: "Onun döyülərək öldürülməsi iddiası yalandır. Ona görə də jurnalist Sabir Mustafayevin ölüm faktı ilə bağlı cinayət işi açılmayıb".

 

Qeyd edək ki, hadisə yanvarın 16-da Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasının qarşısında baş verib. "Respublika" qəzetinin əməkdaşı Sabir Mustafayev qəfildən huşunu itirərək yıxılıb dünyasını dəyişib. Onun qardaşı Səxavət Mustafayev iddia edir ki, 64 yaşlı qardaşı döyülərək öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Oxşar yazılar