APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunda bir nəfər intihara cəhd edib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs intihar etmək məqsədilə özünü onaltımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından aşağı atıb və binanın 2-ci mərtəbəsinin eyvanının damına düşüb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi aşağı endirərək hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verib. Əməliyyat saat 17:54-də başa çatıb.