APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Nohurqışlaq kəndində bir nəfər kişinin intihar məqsədilə ağaca çıxması barədə məlumat daxil olub.
Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülmüş tədbirlər nəticəsində intiharın qarşısı alınıb.
Vətəndaş xilas olunaraq, aidiyyəti üzrə təhvil verilib.