Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Özbəkistan vətəndaşı tutulub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 135-ci maddəsi (insan alveri) ilə axtarışda olan Özbəkistan vətəndaşı Ferat Appasov tutulub.
F.Appasov ətrafında araşdırmalar aparılır.