İmişli rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, İmişli şəhər sakini 1985-ci il təvəllüdlü Əhmədov Ağalar Kamil oğlu “VAZ 2107” markalı avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil maneəyə çırpılıb və aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.