Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, prezident məktubda qeyd edib ki, Volqoqrad dəmir yolu vağzalında baş vermiş terror aktı nəticəsində insan tələfatı haqqında xəbər onu dərindən sarsıdıb.
Məktubda daha sonra bildirilir: “Biz terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyirik. Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram”.