Beyləqan rayon sakini iki nəfəri bıçaqlayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 19-da Beyləqan rayonu ərazisində rayon sakini Yasin Hüseynov münaqişə zəminində həmyerliləri Murad Qasımova və Pərviz Quliyevə bıçaqla xəsarət yetirib.
M.Qasımovun vəziyyəti orta-ağır, P.Quliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Y. Hüseynov könüllü olaraq Beyləqan Rayon Polis Şöbəsinə gələrək təslim olub.