İdman kompleksindəki partlayışla bağlı cinayət işi başlanıb
28 dekabr 2013 10:56 (UTC +04:00)

İdman kompleksindəki partlayışla bağlı cinayət işi başlanıb

Bakıda “Lokomotiv” idman kompleksində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.


 

Binəqədi Rayon ProkurorluğundanAPA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma-ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir.

 

Qeyd edək ki, hadisə dekabrın 27-də Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən “Lokomotiv” idman kompleksində qeydə alınıb.

 

Baş verən partlayış nəticəsində 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov ölüb, 1987-ci il təvəllüdlü Elvin İmran oğlu Qurbanov isə yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1096
avatar

Oxşar yazılar