İçərişəhərdə maşınların hərəkəti ilə bağlı YENİ QAYDA
15 noyabr 2013 10:15 (UTC +04:00)

İçərişəhərdə maşınların hərəkəti ilə bağlı YENİ QAYDA

Dekabrın 1-dən müəyyən edilmiş hərəkət qaydalarına riayət etməyənlərə qarşı tədbirlər görüləcək


 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi müraciət yayıb.

 

İdarədən APA-ya verilən məlumata görə, müraciətdə son illərdə aparılan restavrasiya və abadlıq-quruculuq işlərinin nəticəsində Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhərə olan böyük maraq daha da artıb. Qoruq ərazisində yaşayan sakinlər, çalışan qurumlar, çoxsaylı yerli və xarici qonaqlar üçün İçərişəhərin əsas problemlərdən biri avtomobillərin hərəkəti ilə bağlı olub. Bununla əlaqədar olaraq nəqliyyat vasitələri hərəkət edən küçələrin bərpası, yol örtüyünün əsaslı təmiri istiqamətində İdarə tərəfindən mühüm işlər görülüb.  

 

Qeyd olunub ki, görülən bu işlərlə yanaşı, İçərişəhərin ensiz küçələrində ikitərəfli avtomobil hərəkəti nəticəsində tez-tez yaranan tıxaclar probleminin həlli həmçinin mühüm əhəmiyyət kəsb edir. Həmin problemin aradan qaldırılması məqsədilə İdarə tərəfindən 1 noyabr tarixindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində test rejimində avtomobillərin birtərəfli hərəkətinə keçid həyata keçirilib. Artıq keçən müddətdə yeni hərəkət qaydası öz müsbət nəticəsini göstərib, yaranan tıxacların sayı azalmağa başlayıb.

 

İçərişəhərdə birtərəfli avtomobil hərəkətinin test rejimi 2013-cü ilin dekabrın 1-ə qədər davam edəcək, həmin tarixdən isə yeni hərəkət qaydası artıq daimi olaraq qüvvəyə minəcək. Keçid prosesinin sakinlər və qonaqlar üçün asanlaşdırılması məqsədilə İçərişəhərin girişlərində daxil olan bütün nəqliyyat vasitələrinin sürücülərinə Azərbaycan və ingilis dillərində hərəkət istiqamətini göstərən xüsusi xəritəli bukletlər paylanacaq.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərə çatdırır ki, 1 dekabr 2013-cü il tarixindən müəyyən edilmiş hərəkət qaydalarına riayət etməyənlərə qarşı müvafiq tədbirlər görüləcək. Bununla əlaqədar, idarə bütün sakinlərdən və qonaqlardan məsələyə lazımi diqqət və həssaslıq göstərmələrini xahiş edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10