Hərbçilərə xəbər
25 yanvar 2014 18:53 (UTC +04:00)

Hərbçilərə xəbər

Azərbaycanda hərbi qulluqçuların mənzillə və yaxud fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmasında xüsusi güzəştlər təklif olunur.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, sessiya parlamentdə müzakirəyə çıxarılacaq “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinə ediləcək əlavə və dəyişikliklərdə, qanunun 12–ci maddəsinə edilən təkliflərdə öz əksini tapıb.

 

Layihəyə əsasən müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda 50 manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin 50 faizindən az olmayaraq müəyyən ediləcək.

 

Qeyd edək ki, qanun həmin maddəsinin hazırda qüvvədə olan müvafiq bəndi belədir: müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda 28 manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin 50 faizindən az olmayaraq müəyyən edilir.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4032
avatar

Oxşar yazılar