Hərbçilər qəzaya düşdü: 2 yaralı
10 iyul 2014 13:00 (UTC +04:00)

Hərbçilər qəzaya düşdü: 2 yaralı

Ötən gün axşam saatlarında Ələt-Astara yolunun 164 km-də ağır yol qəzası baş verib. Lent.az-ın xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Hikmət Qafarovun anspress-ə verdiyi məlumatda Masallı rayonunu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Allahverdi Vidadi oğlu Qəhrəmanovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil aşıb.


Qəza nəticəsində sürücü və onun sərnişini, DSX-nın zabiti, leytenant Malik Elşən oğlu Hüseynov xəsarət alıblar. Onlara ilkin tibbi yardım göstərilib.

İlkin ehtimala görə, avtomobil sürətlə hərəkət edərkən, sürücü idarəetməni itirib. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996
avatar

Oxşar yazılar