Azərbaycan Hərb Tarixi Muzeyində Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu” adlı tədbir keçirilib.
Lent.az-ın xəbərinə görə, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələri, hərbi məktəblər və hərbi hissələr, respublika veteran təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə AHTM-in rəisi, polkovnik Əzizağa Qəni-zadənin, Muzeyin tədqiqatçı-baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun, Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi polkovnik-leytenant Emin Səfərovun mövzu ilə bağlı məruzələri və tədbirdə iştirak edən qonaqların çıxışları dinlənilib, Azərbaycanın bütün sahələrində, xüsusilə ordu quruculuğu, sosial, iqtisadi-siyasi, dövlətçilik məsələlərində Heydər Əliyevin roluna dair müzakirələr aparılıb, mövzu ilə bağlı slayd, sənədli film və Ulu Öndərə həsr olunmuş sərgi nümayiş olunub.