Türk məhsulları bu səbəbdən Ukraynaya buraxılmadı
06 may 2019 12:48 (UTC +04:00)

Türk məhsulları bu səbəbdən Ukraynaya buraxılmadı

Ukrayna türk məhsullarını ölkəyə buraxmayıb.

Lent.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Ukrayna Gömrük Xidməti tərkibində sağlamlıq üçün zərərli maddələr olması səbəbi ilə Türkiyədən ölkəyə gətirilən 38 ton pomidorun idxalına icazə verməyib.

Ukrayna Dövlət Qida Təhlükəsizliyi Agentliyinin açıqlamasında bildirilib ki, ölkəyə gətirilməsinə icazə verilməyən tonlarla pomidorun tərkibində Cənubi Afrika güvəsi aşkarlanıb. Sağlamlıq üçün təhlükə yarada biləcək 38 ton pomidor Türkiyəyə geri qaytarılıb.

Ukrayna gigyenik standartlara cavab verməyən məhsulların bir daha bu ölkəyə idxal ediməməsi üçün Türkiyəyə yazılı xəbərdalıq göndərib.

Qeyd edək ki, Ukrayna tərəfi 1 həhtə əvvəl eyni səbəbdən Türkiyədən göndərilən 11,8 ton pomidorun idxalına icazə verməmişdi. Elə buna görə də son iki ayda tonlarla pomidor Türkiyəyə geri qaytarılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 920
avatar

Oxşar yazılar