Ədliyyə Nazirliyi Penitensiar xidmətində kadr dəyişikliyi olub.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Aftandil Ağayev xidmətin rəisi Mədət Quliyevin əmri ilə vəzifəsindən azad edilib. M. Quliyevin əmri ilə həmin vəzifənin icrası Rauf Məmmədova həvalə edilib.
Qeyd edək ki, R. Məmmədov buna kimi 15 saylı çəzaçəkmə müəssisəsinin rəisi vəzifəsini tutub.