Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1984-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Taleh Kamil oğlu Bağırovun saxlandığı kameraya və üzərinə baxış keçirilən zaman çarpayının baş tərəfində hazırlanmış gizli saxlanc yerindən daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1959-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rauf Alışan oğlu Dadaşovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən əynində olan alt paltarının içərisində gizlətdiyi 2 ədəd sellofan bükülüdə olan narkotik maddə aşkar edilərək götürülüb.
Faktlar üzrə araşdırma aparılır.