Hacı Məmmədovun bacısı: Meyiti sabah alıb dəfn edəcəyik  - YENİLƏNİB-1
04 dekabr 2017 21:10 (UTC +04:00)

Hacı Məmmədovun bacısı: Meyiti sabah alıb dəfn edəcəyik - YENİLƏNİB-1

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dekabrın 5-də dəfn ediləcək.

 

Bu barədə Trend-ə H.Məmmədovun bacısı Arifə Məmmədova məlumat verib.

 

A.Məmmədova bildirib ki, H.Məmmədovun meyiti dekabrın 5-də Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon Şöbəsindən yaxınlarına təhvil veriləcək:

 

"Bu gün bizə dedilər ki, hələ ekspertiza edilir, meyitdən analizlər götürülür. Axşamtərəfi vəkilimiz danışıqlar apardı və bizə dedilər ki, sabah əlaqə saxlayarsınız. Sabah əlaqə saxlayacağıq. Meyiti versələr səhər dəfn edəcəyik".

 

A.Məmmədova bildirib ki, H.Məmmədov Saray qəsəbəsindəki qəbiristanlıqda dəfn edilməyəcək: "Məsləhətləşmələr aparırıq, ola bilsin ki səhər Yasamal qəbiristanlığında dəfn elədik".

 

Qeyd edək ki, dekabrın 3-də H. Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.

 

***

 

İntihar edən Hacı Məmmədovun ailəsi onun ölümündən xəbərsizdir.

 
Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, H.Məmmədovun bacısı Arifə Məmmədova deyib ki, hələ də yaxınlarına rəsmi məlumat verilmir: “Dərd budur ki, jurnalistlər yazır, biz türməyə zəng edirik, deyirlər Hacı sağ-salamat oturub. Dünən axşam da danışdım, bu gün də biraz əvvəl danışdıq. Cavab verdilər ki, hər şey yaxşıdır. Jurnalistlərə deyirlər, bizə niyə demirlər? Oturub gözləyirik. 
 
İki həftə əvvəl onunla görüşmüşdük, hər şey yaxşı idi”. 
 
Qeyd edək ki, H.Məmmədov dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü asaraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin  125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

 

 

 

09:25

 

 

Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun intihar faktına görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, hazırda cinayət işi üzrə istintaq aparılır.

 

 

***

23:53

 

Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib.  Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində baş verib.

 

Müəssisədə müalicə alan Hacı Məmmədov özünü asaraq intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hazırda hadisə yerində  Xəzər rayon Prokurorluğunun əməkdaşları işləyir. Faktla bağlı Cinayət Məcəlləsinin  125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

 

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

 

H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

 

Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.

 

***

23:19

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Lent.az-ın əldə etdiyi məlumata görə, Hacı Məmmədov bu gün Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən vərəmli xəstələr üçün nəzərdə tutulan ixtisaslaşdırılmış Müalicə Müəssisəsində özünü asaraq həyatına son qoyub.

 

Xəzər rayon Prokurorluğundan faktı Lent.az-a təsiqləyiblər. Faktla bağlı araşdırmalara başlanılıb.

 

Qey edək ki, Hacı Məmmədov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi “Qara Kəmər” əməliyyatı ilə həbs edilib və 19 yanvar 2007-ci il Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb. O, mütəşəkkil cinayətkar dəstə yaratmaqda, qətllərdə, adam oğurluğu və igər cinayətlərdə təqsirli bilinib.

 

11 il MTN-n təcridxanasında saxlanılan H.Məmməov daha sonra cəzaçəkmə müəssisəsinə köçürülüb.

 

 
Onu da qeyd edək ki, H. Məmmədovun intihar etməsi barədə ilk məlumatı "primetime.az" saytı yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320
avatar

Nizam Rza

Oxşar yazılar