Güclü külək əsəcək, qar yağacaq
03 noyabr 2014 13:06 (UTC +04:00)

Güclü külək əsəcək, qar yağacaq

0

Bakıda və Abşeron yarımadasında noyabrın 4-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, şimal-qərb küləyi əsəcək və gündüz arabir güclənəcək.
Gecə 2-4 dərəcə, gündüz 5-9 dərəcə isti olacaq.

Rayonlarda sabah yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir güclənək.

Aran rayonlarında gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan müsbət 4 dərəcəyə qədər isti olacaq.

Qeyd edək ki, bu cür hava şəraiti noyabrın 5-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2340

Oxşar yazılar