Göygöldə bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yeni Qızılca kənd sakini, 1995-cı il təvəllüdlü Həsənov Famil Camal oğlu qarının kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. F.Həsənovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.