Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay şəhərində çayda batdığı ehtimal olunan 2012-ci il təvəllüdlü Kazımova Xədicə Azər qızının batması barədə məlumat daxil olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.
Əlavə məlumat veriləcəyi bildirilir.