Göyçay rayonunda fərdi yaşayış evi yanıb.
Rayon yanğından mühafizə hissəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Şəkili kəndində qeydə alınıb.
Ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin 40 kvadratmetrlik sahəsi içindəki əşyalarla birgə yanıb. Evin qalan hissəsi alovdan xilas edilib.
Yanğın hadisəsinin odun sobasının düzgün quraşdırılmaması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.