Göyçay şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. İsmayıllı sakini, 1992-ci il təvəllüdlü Osmanov İsrafil Mübariz oğlunun idarə etdiyi 30-BC-110 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını yoldan çıxaraq elektrik dirəyinə və hasara çırpılıb. Hadisə zamanı sürücü İsrafil Osmanov və sərnişin, 1986-cı il təvəllüdlü Hacıyev Murad Əlizamin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.