Göyçayda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün rayon mərkəzinin Heydər Əliyev prospekti, 209 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 24 yaşlı Röyal Eldəniz oğlu Səmədov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.