Goranboydakı ağır qəzada   kimliyi məlum oldu
02 may 2015 23:05 (UTC +04:00)

Goranboydakı ağır qəzada kimliyi məlum oldu

0

Goranboyda baş verən ağır yol nəqliyyat qəzasında yaralananların kimliyi məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə yol nəqliyyat qəzası mayın 2-də saat 18 radələrində Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsindən keçən hissəsində baş verib. Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Fərhad Əsgərovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə 1988-ci il təvəllüdlü Elvin Sadıqovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində 4 nəfər yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onlardan birinin xəsarəti yüngül olsa da sürücü F. Əsgərov və onun idarə etdiyi avtomobildə olan 1972-ci il təvəllüdlü Canpolad Qafarov və 1976-ci il təvəllüdlü Namiq Əliyevin vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar