Goranboyda qətl törətməkdə şübhəli bilinən şəxs həbs olunub - YENİLƏNİB
08 yanvar 2014 16:04 (UTC +04:00)

Goranboyda qətl törətməkdə şübhəli bilinən şəxs həbs olunub - YENİLƏNİB

Goranboy rayonunda meyiti tapılan Etibar Verdiyevin qətlində şübhəli bilinən şəxs saxlanılıb.


 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, o, Mingəçevir şəhər sakini, 1979-cu il təvəllüdlü Araz Qasımovdur. A. Qasımov qətlə yetirilən E. Verdiyevlə qohumdur.

 

Xatırladaq ki, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb. Kənd sakini, əvvəllər məhkum olunmuş 1960-cı il təvəllüdlü Etibar Cəmşid oğlu Verdiyev döyülərək qətlə yetirilib.

Şahidlərin sözlərinə görə, bir neçə gün əvvəl Etibar Verdiyevin qardaşının 40 mərasimi keçirilib. Həmin vaxt E. Verdiyevin qardaşı oğlu ilə aralarında münaqişə yaranıb. Onun döyülərək qətlə yetirilməsinə də, sözügedən insidentin səbəb olduğu bildirilir. A. Qasımovun da mübahisədə iştirak etdiyi bildirilir.

 

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanıb.

 

***

11.33

Goranboyda qətl: döyülərək öldürüldü

 

Goranboy rayonunda qətl hadisəsi baş verib.


 

Goranboy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb. Kənd sakini, əvvəllər məhkum olunmuş 1960-cı il təvəllüdlü Etibar Cəmşid oğlu Verdiyev naməlum şəxslər tərəfindən döyülərək qətlə yetirilib. Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2876
avatar

Oxşar yazılar