Gömrükdə bəyan olunmamış qızıl boyunbağı aşkarlandı
14 mart 2017 10:06 (UTC +04:00)

Gömrükdə bəyan olunmamış qızıl boyunbağı aşkarlandı

0

 

Azərbaycanda gömrük nəzarətinə təqdim olunmayan qızıl boyunbağı aşkar edilib.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsində gömrük nəzarəti zamanı İrana gedən Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Yoxlama nəticəsində vətəndaşın üzərində - gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmamış, ümumi çəkisi 279,83 qram təşkil edən və kustar üsulla hazırlanan 1 ədəd qızıl boyunbağı aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar