Azərbaycan Silahlı Qüvvələrinin daha hərbi qulluqçusu rüşvət ittihamı ilə həbs edilib.
Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.
Məlumata görə, Hərbi Dəniz Qüvvələrinin giziri Elxan Hacıyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinir. Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, E. Hacıyev Hərbi Dəniz Qüvvələrinin giziri olub.
Onun korrupsiya əməlləri barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Həmin məlumatlardan sonra E. Hacıyev ordudan tərxis edilib.